Gəncə avtomobil zavodu (GAZ) Minsk traktor zavodu ilə birgə müəssisə yaratmaq üzrə iş aparır. Bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç çərşənbə axşamı GAZ-da olarkən bildirib. «İnterfaks-Azərbaycan» agentliyinin regional müxbirinin məlumatına görə, səfir qeyd edib ki, birgə istehsal ediləcək traktorların yığılacağı meydançada yenidənqurma işləri aparılır. Traktorların üçüncü ölkəyə satışı planlaşdırılır. «Ötən il zavodda 426 traktor yığılıb. Bu il onların sayının 1000-ə çatdırılacağına ümid edirik. Onlardan 500-ü dövlət sifarişilə yığılacaq. Zavodda iş belə templə gedərsə, istifadəyə veriləcək traktorların sayı ildə 1 mindən 8 minədək artırılacaq»,-deyə N.Patskeviç vurğulayıb. Davamı...