Gəncə avtomobil zavodu (GAZ) Minsk traktor zavodu ilə birgə müəssisə yaratmaq üzrə iş aparır. Bu barədə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç çərşənbə axşamı GAZ-da olarkən bildirib. «İnterfaks-Azərbaycan» agentliyinin regional müxbirinin məlumatına görə, səfir qeyd edib ki, birgə istehsal ediləcək traktorların yığılacağı meydançada yenidənqurma işləri aparılır. Traktorların üçüncü ölkəyə satışı planlaşdırılır. «Ötən il zavodda 426 traktor yığılıb. Bu il onların sayının 1000-ə çatdırılacağına ümid edirik. Onlardan 500-ü dövlət sifarişilə yığılacaq. Zavodda iş belə templə gedərsə, istifadəyə veriləcək traktorların sayı ildə 1 mindən 8 minədək artırılacaq»,-deyə N.Patskeviç vurğulayıb.
Davamı...
Çərşənbə günü düyünün qiyməti iki gün dalbadal rekord səviyyəni təzələyib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Buna səbəb ABŞ hökumətinin ölkədə düyü məhsulunun Arkanzas ştatındakı daşqınlarla əlaqədar ötən ildəkindən əhəmiyyətli dərəcədə az olması ilə bağlı bəyanatı olub. Qeyd edək ki, düyü ixracının əsas həcmi bu ştatın payına düşür.
Bundan başqa, dünyanın ən iri düyü imperiyası olan Filippin aprelin 17-də və mayın 5-də 1 mln. ton düyü almaq üçün tender elan edib. Ötən il bu ölkə 1,9 mln. ton düyü ixrac edib ki, bu da illik tələbatın təxminən 15%-i qədərdir.
"Biz düyünün qiymətində görünməmiş sıçrayış görürük, - deyə Rabobank-ın xammal üzrə baş analitiki Lyuk Çendler qeyd edir - İxracla bağlı vəziyyət şok vəziyyətinə oxşayır. Çünki ixracdan asılı olan dövlət mənbəyə çıxış əldə edə bilmir".
Chicago Board of Trade -də mayda ixrac olunan düyünün dəyəri çərşənbə günü 50 sentdən $22,585-dək artıb.
Düyü son bir il ərzində iki dəfədən artıq bahalaşıb. Çünki Vyetnam da daxil olmaqla ən iri ixracatçılar öz vətəndaşlarını kifayət qədər ərzaqla təmin etmək məqsədilə ixracın azaldıldığını elan ediblər. Çin, Misir və Hindistan da daxili ehtiyatların təmin olunması üçün satışı azaldıb.
Bakının «Park İnn» mehmanxanasında «HP BladeSystem infrastrukturu - müasir müəssisənin İT-sisteminin ən yaxşı əsasıdır» mövzusunda seminar keçirilmişdir. Seminar HP-nin baş texniki məsləhətçisi Aleksandr Qolovçenkonun iştirakı ilə HP şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən hökumət və özəl sektorları təmsil edən İT-mütəxəssislər üçün təşkil edilmişdir.
Tədbir zamanı iki təqdimat dinlənilmişdir: «HP BladeSystem infrastrukturu - müasir müəssisənin İT-sisteminin ən yaxşı əsasıdır» və «HP BladeSystem istifadəsinin üstünlükləri - qiymət, enerji səmərəliliyi, idarəolunma qabiliyyəti, təhlükəsizlik».
HP-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov sözügedən texnologiyanın müasir müəssisənin uğurlu fəaliyyətinin təmin edilməsi üçün böyük əhəmiyyətini vurğulayıb, həmçinin həm dünya, həm də ki, Azərbaycan daxil olmaq şərtilə, MDB bazarında bleyd-serverlərə artan tələbatı qeyd etdi.
Davamı...
Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "United Credit Bank" Açıq Səhmdar Cəmiyyətinin ümumi məbləği 10 milyon manat, hər birinin nominal dəyəri 2 min manat olan adi adlı sənədsiz səhmlərinin emissiya prospektini qeydə almışdır.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcəkdir. "AzərİnterTreyd" MMC səhmlərin yerləşdirilməsində təminatçı vəzifəsində çıxış edir.
Səhmləri əldə etmək istəyən şəxslər BFB-nın üzvü və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilərlər.
"United Credit Bank" ASC-nin səhmlərinin emissiya prospekti BFB-nın internet saytında yerləşdiriləcəkdir.
17 марта в пресс-центре агентства "Интерфакс-Азербайджан"состоялась пресс-конференция с участием председателя постоянной парламентской комиссии по экономической политике Зияда Самедзаде, в ходе которой он ответил на вопросы журналистов, касающиеся насущных вопросов экономики страны.
Вопросы журналистов коснулись бюджета страны. «Параметры госбюджета на 2008 год обязательно будут пересмотрены в сторону увеличения. Этому способствуют высокие цены на нефть на мировых рынках и активизация экономической деятельности в Азербайджане. Реальная ситуация в экономике позволяет делать такие выводы, поскольку уже сейчас наблюдается выполнение основных параметров бюджета, успешно идет исполнение по сборам отчислений в госбюджет по линии Минналогов, Госкомтаможни и по другим источникам", - сказал З.Самедзаде.
Davamı...