Neft xəbərləri
Britaniyanın «Arcadia Petroleum Limited» şirkəti «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi çərçivəsində hasil edilən Azeri Light mənfəət neftinin satışı üzrə ARDNŞ-in 2008-ci ildə elan etdiyi növbəti tenderin qalibi olub.
Bu partiyanın həcmi 1 mln. barel təşkil edir. Onun 2008-ci il mayın 7-9-da Ceyhan terminalından yola salınması planlaşdırılır.
Arcadia Petroleum artıq ARDNŞ-in 2008-ci ildə tender əsasında satılan mənfəət neftinin ilk iki partiyasını alıb.
Hazırda ARDNŞ özünün Azeri Light mənfəət nefti partiyalarının Ceyhan terminalından satışını həm tender əsasında, həm də İtaliya, İsrail, Hindistan və Tailanda birbaşa satış haqqında müqavilələr üzrə həyata keçirir. ARDNŞ nefti Ceyhan terminalından 2007-ci il mayın 2-də neft şirkətilə bağlanmış saziş əsasında Palmali gəmiçilik şirkətinin gəmiləri vasitəsilə birbaşa nəql olunur. Neftin satışı, əsasən, birbaşa müqavilələr əsasında həyata keçirilir.
«Azeri Light» markalı neft «Azəri-Çıraq-Günəşli» yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində hasil olunur və həmin müqavilədə ARDNŞ-nin payı 10% təşkil edir. Mənfəət nefti layihənin səhmdarları arasında onların müqavilədəki iştirak payından asılı olaraq bölüşdürülür.