HP şirkəti Bakıda bleyd-texnologiyalar üzrə seminar keçirmişdir
Bakının «Park İnn» mehmanxanasında «HP BladeSystem infrastrukturu - müasir müəssisənin İT-sisteminin ən yaxşı əsasıdır» mövzusunda seminar keçirilmişdir. Seminar HP-nin baş texniki məsləhətçisi Aleksandr Qolovçenkonun iştirakı ilə HP şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən hökumət və özəl sektorları təmsil edən İT-mütəxəssislər üçün təşkil edilmişdir.
Tədbir zamanı iki təqdimat dinlənilmişdir: «HP BladeSystem infrastrukturu - müasir müəssisənin İT-sisteminin ən yaxşı əsasıdır» və «HP BladeSystem istifadəsinin üstünlükləri - qiymət, enerji səmərəliliyi, idarəolunma qabiliyyəti, təhlükəsizlik».
HP-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov sözügedən texnologiyanın müasir müəssisənin uğurlu fəaliyyətinin təmin edilməsi üçün böyük əhəmiyyətini vurğulayıb, həmçinin həm dünya, həm də ki, Azərbaycan daxil olmaq şərtilə, MDB bazarında bleyd-serverlərə artan tələbatı qeyd etdi.
HP-nin baş texniki məsləhətçisi Aleksandr Qolovçenko seminar iştirakçılarına HP serverlərin müxtəlif regionların bazarlarında tutduğu yerlərdən məlumat verdi. İDC-nin məlumatına əsasən, Avropada serverlərin satışına görə HP birinci yeri tutur. Belə ki, Avropada satılan beş serverdən ikisi HP-nin payına düşür. Dünya üzrə isə hər üçüncü server HP-nin payına düşür.
A. Qolovçenko qeyd etdi ki, bleyd-serverlərin satışına görə HP şirkəti Avropada birinci yeri tutur. Onun sözlərinə görə, 2006-cı ildə HP BladeSystem c-Class serveri ilə liderliyi ələ keçirən HP şirkəti yaxın 3 izləyicisindən üç dəfə çox bleyd-server satır. İDC-nin məlumatına görə, 2007-ci ilin dördüncü kvartalının nəticələrinə görə, ümumilikdə bleyd-serverlərin dünya üzrə 40%, HP bleyd-serverlərin satışı isə 80% artmışdır.
Azərbaycan və Ukrayna İT-bazarlarının struktur oxşarlıqlarını nəzərə alaraq, A. Qolovçenko qeyd etdi ki, Ukraynada müşahidə edilən satış həcmi və satılan HP bleyd-serverlərin sayı bir il ərzində 4,5 dəfədən çox artmışdır. Bu cür tendensiya bleyd-serverlərin üstünlükləri nəticəsində yaranmışdır.
HP-nin texniki məsləhətçisinin dediyinə görə, bleyd-serverlərin MDB müəssisələri üçün ən səmərəli olmasının bir neçə səbəbi var: maliyyə cəhətdən əlverişlilik, quraşdırma və istifadə üçün sadəlik və heç bir xüsusi istismar tələblərinin olmaması. Müştərilərin bleyd-serverləri tətbiq etmək üçün heç bir xüsusi biliklərə ehtiyacı yoxdur. 3-8 bleyd-serverlərin istifadəsilə müəssisənin İT-infrastrukturunun yaradılması eyni sayda dayaq tipli serverlərin istifadəsilə müqayisədə vəsaitlərin qənaət edilməsini təmin edir.
Seminar zamanı xüsusi diqqət HP BladeSystem-in texniki xüsusiyyətlərinə verilmişdir. A. Qolovçenko HP BladeSystem-in infrastrukturunun asanlaşdırılmasına istiqamətlənən yanaşma haqqında danışdı. Sözügedən yanaşma quraşdırma və istismara yönələn zaman və xərclərin azaldımasını, səmərəlilik və istifadə çevikliyini, biznesin dəstəklənməsi üçün İT-resursların ayrılmasını təmin edir.