Dünya bazarlarında düyünün qiyməti rekord həddə çatıb
Çərşənbə günü düyünün qiyməti iki gün dalbadal rekord səviyyəni təzələyib. Bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Buna səbəb ABŞ hökumətinin ölkədə düyü məhsulunun Arkanzas ştatındakı daşqınlarla əlaqədar ötən ildəkindən əhəmiyyətli dərəcədə az olması ilə bağlı bəyanatı olub. Qeyd edək ki, düyü ixracının əsas həcmi bu ştatın payına düşür.
Bundan başqa, dünyanın ən iri düyü imperiyası olan Filippin aprelin 17-də və mayın 5-də 1 mln. ton düyü almaq üçün tender elan edib. Ötən il bu ölkə 1,9 mln. ton düyü ixrac edib ki, bu da illik tələbatın təxminən 15%-i qədərdir.
"Biz düyünün qiymətində görünməmiş sıçrayış görürük, - deyə Rabobank-ın xammal üzrə baş analitiki Lyuk Çendler qeyd edir - İxracla bağlı vəziyyət şok vəziyyətinə oxşayır. Çünki ixracdan asılı olan dövlət mənbəyə çıxış əldə edə bilmir".
Chicago Board of Trade -də mayda ixrac olunan düyünün dəyəri çərşənbə günü 50 sentdən $22,585-dək artıb.
Düyü son bir il ərzində iki dəfədən artıq bahalaşıb. Çünki Vyetnam da daxil olmaqla ən iri ixracatçılar öz vətəndaşlarını kifayət qədər ərzaqla təmin etmək məqsədilə ixracın azaldıldığını elan ediblər. Çin, Misir və Hindistan da daxili ehtiyatların təmin olunması üçün satışı azaldıb.