Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu «Ümid-1» platformasının inşası
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu «Ümid-1» platformasının inşasını avqusta kimi başa çatdırmağı planlaşdırır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) saytında bildirilir.
Məlumatda deyilir ki, «Ümid-1» platformasının tikintisində 1997-ci ildə inşası yarımçıq qalmış «Çıraq-6» platformasının dayaq blokundan istifadə olunur. Bu platformanın hündürlüyü 130 metr, çəkisi 3 200 tondur. «Çıraq-6» platforması hər birinin hündürlüyü 65 metr olan iki bloka bölünüb. «Ümid-1» platformasının hündürlüyü 72 metr olduğundan hər iki blokun bərpası və uzadılması üzrə iş aparılır. Bərpa işləri 6 aydan çoxdur aparılır və bir ay ərzində başa çatdırılacaq.
«1600 ton çəkisində birinci blokun inşası iyunda başa çatdırılacaq və quraşdırılmaq üçün dənizə göndəriləcək. İyulda 8 texnoloji modulun hazırlanmasını başa çatdırmaq nəzərdə tutulub.Həmin modullarda qazma, enerji, hasilat və digər avadanlıqlar yerləşdiriləcək. Paralel olaraq ikinci blok da yüksək hazırlıq vəziyyətinə gətiriləcək. Həmin obyektlərin dənizdəki quraşdırılmasını «Neftqaztikinti» tresti yerinə yetiriləcək»,-deyə məlumatda bildirilir.
ARDNŞ 2008-ci ilin sentyabrında «Ümid-1» platformasından ilk kəşfiyyat quyusunun qazılmasını və 2009-cu ildə istismara verilməsini planlaşdırır. «Ümid» perspektiv strukturunda qaz ehtiyatlarının həcmi 200-300 mlrd. kubmetr həcmində dəyərləndirilir. Yeni platformanın quraşdırılması ARDNŞ-nin 2006-2008-ci illər üçün qaz proqramı çərçivəsində həyata keçirilir.
«Ümid-Babək» perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərin sulu hissəsində, «Bulla-dəniz» yatağından 15 km. aralıda yerləşir. ARDNŞ bu strukturda kəşfiyyat işlərinə hələ 2007-ci ilin yazında başlamağı planlaşdırmışdı.